Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

10-09-2016 / 16:02

Bu ilin iyul ayında Azərbaycanda POS-terminallar vasitəsilə 41 mln. manat həcmində 652 min əməliyyat həyata keçirilib.

Xeberler.az bildirir ki, Mərkəzi Bankdan verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ödənişlərin həcmində 17 % artım, sayında isə əksinə 27% azalma müşahidə olunub. POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi ötən ilin ilk yeddi ayı ilə müqayisədə 12% artaraq cari ilin yanvar-iyul aylarında 256 mln. manata çatıb.

Bankomatlar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9% artaraq 27 mln. manat, sayı isə 45 % artaraq 74 min ədəd olub.Hesabata əsasən, cari ilin yanvar-iyul aylarında ATM-lər vasitəsilə nağdsız ödənişlərin həcmi 4% azalaraq 170 mln. manat təşkil edib.

Beləliklə, ATM və POS-terminallar vasitəsilə iyulda cəmi nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən 11,5% artaraq 68 mln. manat təşkil edib. Yanvar-iyul aylarında isə bu göstərici illik müqayisədə 5% artaraq 426 mln. manata çatıb.

Qeyd edək ki, Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün bir neçə yeni təklif hazırlanıb. Təkliflərdən biri 1 000 manatdan yuxarı olan bütün ödənişlərin nağdsız aparılması tələbi, digəri isə bu ödənişlərə vergi güzəştlərinin tətbiqi ilə bağlıdır. (Report)

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.