Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

08-11-2016 / 12:58

Bu ilin sentyabr ayında Azərbaycanda POS-terminallar vasitəsilə 51 mln. manat həcmində 638 min nağdsız ödəniş əməliyyatı həyata keçirilib.

Xeberler.az bildirir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə ödənişlərin həcmində 50% artım, sayında isə əksinə 24% azalma müşahidə olunub.

POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi ötən ilin ilk 9 ayı ilə müqayisədə 23% artaraq 2016-cı ilin yanvar-sentyabr aylarında 362 mln. manata çatıb.

Bankomatlar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5% azalaraq sentyabrda 28 mln. manat, sayı isə 53% artaraq 81 min ədəd olub. Hesabata əsasən, cari ilin yanvar-sentyabr aylarında ATM-lər vasitəsilə nağdsız ödənişlərin həcmi 3% artaraq 240 mln. manat təşkil edib.

Beləliklə, ATM və POS-terminallar vasitəsilə yanvar-sentyabr aylarında cəmi nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən 14,2% artaraq 602 mln. manata çatıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.