Azərbaycanda neft-qaz yataqlarının virtual modeli hazırlanacaq

29-06-2016 / 15:24

İnformasiya texnologiyalarının dinamik inkişaf etdiyi bir dövrdə  neft sektorunun da elektronlaşdırılması istiqamətində mühüm addımlar atılır.

Bu mənada Azneft İstehsalat Birliyi tərəfindən yataqların virtual modelinin qurulması üçün SCADA sisteminin yaradılması planlaşdırılır.

Xeberler.az SOCAR-a istinadən məlumat verir ki, SCADA sisteminin yaradılması ilə yataqların istismarı, hasil olunan neft-qazın emalı, saxlanılması, nəqli və aparılan texnoloji proseslərin vizuallaşdırılması həyata keçiriləcək. Eyni zamanda, bu sistemlə baş verə biləcək risklərin azaldılması üçün proseslərə fasiləsiz nəzarət və məsafədən idarəetmə mümkün olacaq.

Sistemin tətbiqi xərclərin azaldılması və istehsalın artımına da kömək edəcək.

SCADA sisteminin pilot layihə kimi ilk olaraq 28 May NQÇİ-də tətbiq edilməsi nəzərdə tutulur. Burada vahid dispetçer nəzarət-idarəetməsi və məlumatların toplanması mərkəzi yaradılacaq. Gələcəkdə isə bu sistem Birliyin bütün idarələrində tətbiq olunacaq və məlumatlar iyerarxik olaraq üstə - Azneft İB-nin idarəetmə aparatının dispetçer məntəqəsinə ötürüləcək.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.