Azərbaycanda noutbuk satışı artıb

20-09-2017 / 10:23

2017-ci il yanvar-avqust aylarının yekunlarına əsasən, Azərbaycanda portativ kompüterlərin (noutbuklar, netbuklar) satışı 5 faiz artıb.

Xeberler.az bildirir ki, bu barədə GlobalStats statistika mərkəzinin məlumatında deyilir.

Hesabatda qeyd olunur ki, sentyabrın 1-ə olan vəziyyətə görə, Azərbaycanda noutbukların payı əvvəlki ilə nisbətən 11 faiz artaraq 56,2 faiz təşkil edib.

Hesabat dövründə stolüstü fərdi kompüterlərin satışında 4,7 faizlik azalma qeydə alınıb. İlin ilk səkkiz ayı ərzində fərdi kompüterlərin payı 40,5 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz azdır.

Reytinqdə üçüncü yeri 3,2 faizlə planşet kompüterləri tutur. Hesabata əsasən, 2017-ci ilin yanvar-avqust ayları ərzində planşet satışı 17 faiz azalıb.(Trend)

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.