Azərbaycanda noutbukların qiyməti artıb

29-05-2017 / 11:25

Azərbaycanda noutbukların qiyməti artıb.

Xeberler.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, noutbukların qiymətində yanvarda 1,6 faiz, fevralda və martda 0,7 faiz, apreldə 0,2 faiz qiymət artımı müşahidə olunub.

İlk üç ayda bahalaşan planşetlər isə apreldə ucuzlaşmağa başlayıb. Belə ki, yanvarda 1,7 faiz , fevralda 0,2 faiz , martda 0,4 faiz bahalaşan planşetlər apreldə 0,7 faiz ucuzlaşıb.

Hesabatda qeyd edilb ki,  bu ilin aprel ayında Azərbaycanda fərdi kompüterlər 0,4 faiz bahalaşıb. Fərdi kompüterlərin qiymətlərində yanvarda 3,1 faiz , fevralda 0,8 faiz, martda 0,7 faiz artım qeydə alınıb.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.