Azərbaycanda qatarlarda internet xidməti də göstəriləcək

01-05-2011 / 00:38
Sərnişinlərin daha çox üstünlük verdiyi, rahat, təhlükəsiz nəqliyyat növlərindən biri də dəmiryol nəqliyyatıdı. Dünyanin inkşaf etmiş ölkələrində dəmiryol nəqliyyatında yemək, içmək, yatmaq xidmətləri ilə yanaşı, sərnişinlər mətbuatla da təmin olunurlar. Bəs “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətininin (QSC) qatarlarında sərnişinlərin mətbuatla tanış olması üçün imkan yaradılırmı? “Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamenti sərnişinlərə belə imkan yaradır: “Bakı-Astara, Bakı-Mingəçevir, Bakı-Gəncə elektrik qatarları fəaliyyət göstərir. Həmin elektrik qatarlarında gündəlik qəzetlər, jurnallar sərnişinlərə paylanılır. Bundan əlavə, sərnişinlərə rabitə xidmətləri də göstərilir”. N.Əzməmmədov bildirib ki, gələcəkdə sərnişinlərə göstərilən xidmətin çeşidinin artırılması nəzərdə tutulur:  “Hazırda dəmiryol nəqliyyatında kompüterləşmə işləri həyata keçirilir. Gələcəkdə bizdə qatarlarda internet xidməti də olacaq. Bütün dünyada varsa, bizdə də olacaq. Dəmiryol nəqliyyatında gələcəkdə ola bilsin “noutbuk” sistemi də olsun”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.