Azərbaycanda qiymətlər avropa ölkələrindən xeyli bahadır

19-05-2014 / 09:33
Azərbaycanda mobil operatorların tariflərinin bahalığı, istifadəçiləri aldatması haqda mətbuatda dəfələrlə yazılıb. Ölkəmizdə 3 mobil operator “Bakcell”, “Azercell”, “Narmobile” fəaliyyət göstərir. Hər üç mobil operatorda qiymətlər öz aralarında danışanda nisbətən sərfəli olsa da, digər operatorlarla və rouminqlə danışmaq xeyli baha başa gəlir. Qeyd edək ki, “Bakcell” abunəçiləri istənilən xarici ölkəyə zəng etməsinin dəqiqəsi 29 qəpiyə başa gəlir. Qiymətə ƏDV daxildir. Zəngin tarifikasiyası 30 saniyədir. Peyk telefonlarının və premium operatorların nömrələri istisna edilir (Inmarsat, INTL Networks və digər bu qəbildən olan nömrələrə zəngləri 3.50 AZN/dəq. təşkil edir).
“Azecell” operatorunda da beynəlxalq zənglər baha başa gəlir.
 Belə ki, istifadəçi MDB, Baltikyanı ölkələr, Türkiyə, İran, Avropa və Amerika ilə 1 dəqiqə danışmaq üçün 32 qəpik, Thuraya, Emsat, Inmarsat operatorları ilə danışmaq üçün 4 manat 18 qəpik ödməlidir. “Narmobile”də də qiymətlər, demək olar ki, “Azercell” və “Bakcell”lə eynilik təşkil edir. “Azecell”ə MDB və Baltikyanı ölkələrlə 1 dəqiqə danışmaq, çıxan zənglər üçün 80 qəpik, daxil olan zənglər üçünsə 40 qəpikdir. Avropa ölkələrinə isə çıxan zəng 1 manat, daxil olan zəng 40 qəpik, Orta Şərqlə danışmaq üçün daxil olan zəng 3 manat, çıxan zəng isə 50 qəpikdir.
Qeyd edək ki, dünyanın heç bir ölkəsində mobil operatorlarda danışıq qiymətləri Azərbaycanda olduğu kimi baha deyil. Avropa ölkələrində müştəri operatorla müəyyən müddətlik müqavilə imzalayır, bu müddət, adətən 2 ildən artıq olmur, nəticədə pulsuz telefon və nömrə əldə edir. Razılığa əsasən, müştəri göstərilən müddətdə həmin rabitə operatorunun xidmətlərindən istifadə etməlidir. Tariflərə gəldikdə isə, məsələn, Almaniyada operatordan asılı olaraq 22-29 avro ödəməklə bir ay ölkə daxili bütün istiqamətlərə limitsiz danışıq imkanı əldə etmiş olursan. Bu zaman bir neçə tarif paketi təklif edilir, bu da əsasən internet trafiki və SMS-lərə, o cümlədən digər operatorlara zənglərlə bağlıdır. Hətta müştəri öz seçimi ilə digər operatorlardan biri ilə pulsuz danışıq əldə edə bilər. Bu ölkədə 4 mobil operator var və ölkənin bütün ərazilərində yüksək keyfiyyətdə mobil rabitə xidməti göstərilir. Xarici ölkələrə zənglərə gəldikdə isə, bir dəqiqənin qiyməti təxminən 50 sent təşkil etsə də, Avropa ölkələri və Türkiyə üçün xüsusi güzəştlər var. Ancaq müştəri hər hansı mobil operatorla iki illik müqavilə bağlamaq istəmirsə, bu zaman  istifadə etdiyi tariflər daha ucuz olur. Bu zaman danışığın bir dəqiqəsinə görə cəmi 5 sent ödənilir.
 Digər ölkələrə edilən zənglərin bir dəqiqəsinə görə isə 19 sent ödənilir. Rouminq xidmətindən istifadə edənlər isə daxil olan zənglərə görə ödəniş etmir. Özbəkistanda bu göstərici 0,02 ABŞ dollarına bərabərdir. Moldovada bir dəqiqənin qiyməti 0,11 dollar, Belarusda 0,08 dollar, Ukraynada 0,07 dollar, Tacikistan və Qırğızıstanda isə 0,05 dollardır. Ermənistanda da qiymətlər Azərbaycandan ucuzdur.
Dünyada ən ucuz mobil rabitə xidmətləri olan ölkələrdən biri də ABŞ-dır. Əhalinin minimum əmək haqqı 4 min avro olan ABŞ-da nəinki ölkə daxili, hətta beynəlxalq zənglərə görə də cüzi ödəniş edilir. Bu ölkədə mobil internetin və SMS-lərin qiyməti başqa ölkələrlə müqayisə olunmaz dərəcədə ucuzdur. Əksər operatorlar aylıq bir neçə dollar müqabilində limitsiz danışıq təqdim edir. Beynəlxalq zənglərin qiyməti isə seçdiyin paketdən asılı olaraq bir dəqiqəsinə görə 1 sent də təşkil edə bilər.
Müştərinin seçiminə uyğun olaraq bəzən ölkə daxili zənglər pulsuz, beynəlxalq zənglər isə bir qədər baha olur. Bu zaman 10 dollar ödəyib 2 saat danışmaq mümkündür.
Qeyd edək ki bu yaxınlarda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mətbuata açıqlamasında mobil operatorlarla müzakirələr aparıldığını və qiymətlərin aşağı düşə bilmə ehtimalının olduğunu bildirib. O artıq operatorlararası vahid, ucuzlaşdırılmış qiymət üzərində danışıqların bitdiyini bildirib. Danışıqlar başa çatdıqdan sonra operatorlar tərəfindən danışıq tariflərinin müəyyən qədər aşağı salınacağının istisna edilmədiyini vurğulayan nazir qeyd edib ki, hazırkı tariflər bazar qiymətləridir və onlara çox təzyiq də etmək olmaz. (musavat.com)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə