Azərbaycanda rabitə sektorunun gəlirləri 1 milyard manatı keçib

21-12-2010 / 10:55

Bu ilin 10 ayı ərzində Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və poçt sahəsinin ümumi gəlirləri 1042,8 milyon manat təşkil edib.

Ötən ilin həmin dövründə əldə olunan 933,7 milyon manatlıq göstərici ilə müqayisədə İKT və poçt sektorunun gəlirləri 35,1 faiz artıb. Respublikanın telekommunikasiya sahəsində artım 31,1 faiz olub və 982,9 milyon manat təşkil edib. Bunun 697,9 milyon manatı mobil sektorun payına düşür. İnformasiya texnologiyaları sektorunda daha böyük artım qeydə alınıb. Azərbaycanın informasiya texnologiyaları sektorunda xidmət həcmi 2,2 dəfə artaraq 41,9 milyon manat olub.

Ölkənin poçt sektoru 23,8 faiz, 18 milyon manatadək artım nümayiş etdirib. İKT və poçt sektorunun ÜDM-də payı 1,9 faiz təşkil edir. Qeyri-neft ÜDM-də İKT və poçt sektorunun ümumi payı isə 4,5 faizdir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.