Azərbaycanda rəqəmli TV üçün yeni teleqüllə tikilir

25-06-2011 / 19:07
Respublikanın şimal bölgəsini rəqəmli televiziya ilə təmin etmək üçün Quba rayonunda 73 metr hündürlüyündə yeni televiziya qülləsi tikilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bölgədə rəqəmli yayımı ilin üçüncü rübündə təmin etmək mümkün olacaq.
Anspress-in məlumatına görə, gələn ilin sonunadək bütün respublika ərazisi rəqəmli televiziyanın əhatə dairəsinə qatılacaq. Hazırda rəqəmli televiziya yayımı Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan və Leriki əhatə edir. Yeniliyin tətbiqi ilə vətəndaşların avtomobillərində də televiziya kanallarına baxması mümkün olacaq.
Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə 2004-cü ildən başlanılıb.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə