Azərbaycanda rəqəmsal televiziya üçün dekoderlər istehsal olunacaq

18-11-2009 / 11:53

"KÜR" kompüter avadanlıqları istehsalı zavodu rəqəmsal televiziya üçün dekoderlər istehsalına başlamaq niyyətindədir.Trend-in məlumatına əsasən, bu barədə "KÜR" MMC-nin baş direktoru Rizvan Osmanov bildirib. Hazırda idarə istehsalı təşkil etmək üçün texniki araşdırmalar aparır.

Osmanovun sözlərinə görə, zavodda sınaqdan keçirilməsi üçün hazır məhsulların bir neçə variantı təqdim edilib.

"Dekoderlərin zavodun istehsal obyektlərində istehsalı onların dəyərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir və əhalinin geniş təbəqəsi üçün əlçatan edir. Bu məhsulların seriyalı istehsalının işə salınması 2010-cu ildə gözlənilir. Mexanizm DVB-T standartlarını dəstəkləyəcək. Modelindən asılı olaraq, məhsulun qiyməti 50 dollardan çox olmayacaq", - Osmanov deyib.

Bu gün dövlət bazarında rəqəmsal televiziyanın siqnallarını qəbul etmək üçün dəyəri 40-100 manat olan dekoderlər var.

Azərbaycanda rəqəmsal televiziyanın inkişafı, yaxın vaxtlarda respublikanın bütün ərazisində rəqəmsal verilişlərin yayılmasını nəzərdə tutan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qarşısında duran ən prioritet vəzifələrdən biridir. Azərbaycanda rəqəmsal televiziyaya keçid mövcud standartları saxlamaqla analoji rəqəmsal siqnalları dəyişdirməyi tələb edir. Nazirliyin məlumatına görə, rəqəmsal verilişlərə tam keçid 2012-ci ildə gözlənilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.