Azərbaycanda rəqəmsal televiziya yayımına keçidin tarixi açıqlandı

29-05-2015 / 14:05

Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçid bu ilin payızında gözlənilir.

Xeberler.az-ın məlumatına görə,  bunu Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə deyib.

Qeyd edək ki, Azərbaycanın yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub.

Hazırda ölkə əhalisi açıq paketdə 12 telekanaldan istifadə edir. Rəqəmsal kontentin yayımı MPEG-4 formatında aparılır. Rəqəmsal yayıma keçmək üçün abonentlər dekoder əldə etməlidirlər. Bu qurğuların qiyməti daxili bazarda 25-30 manatdır.(trend)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə