Azərbaycanda rəqəmsal yayıma keçid uzanacaq

27-08-2015 / 14:23

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) rəqəmsal yayıma keçidlə bağlı ölkə əhalisinin hazırlığını öyrənir.

Xeberler.az Trend-ə istinadən məlumat verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə deyib.

O bildirib ki, Azərbaycan texnoloji olaraq rəqəmsal yayıma keçidə hazırdır, ancaq analoq yayımı da istisna etmək olmaz, belə ki, bu, əhali üçün problemlər yarada bilər: “Analoq yayımın ölkədə dayandırılması və tamamilə rəqəmsal yayıma keçidi Milli Teleradio Şurası tərəfindən tənzimlənir. Milli Teleradio Şurası bunun mənfi və müsbət tərəflərini, abunəçilər üçün problem yaradan məqamları təhlil edib, bu işə hazır olandan sonra Nazirlik bu yayımı dayandıracaq”.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə