Azərbaycanda rəqəmsal yayımın əhatə səviyyəsi 65 faizə çatacaq

24-11-2010 / 03:35

Gələn ilə qədər Azərbaycanda rəqəmsal yayımın əhatə səviyyəsi 65 faizə çatacaq.

Bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının 43-cü iclasında bəyan edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda rəqəmsal yayım səviyyəsi 35 faiz təşkil edir: “Son illər Azərbaycanda rəqəmsal yayıma keçmə ilə əlaqədar işlər görülüb. Bu istiqamətdə müvafiq proqram işlənib hazırlanıb və reallaşdırılır. Artıq Bakıda iki ötürücü quraşdırılıb. Onların köməyi ilə 22 telekanalın MPEG 4 (Moving Picture Experts Group) formatda yayımı həyata keçirilir. Bundan əlavə, Naxçıvan, Gəncə, Lerikdə ötürücülərin quraşdırılması işlərinə başlanıb. Hazırda Azərbaycanda rəqəmsal yayım əhatəsi 35 faiz təşkil edir. Bu ilin sonuna qədər bu göstərici 65 faizə çatacaq”.

Q. Abdullayev bildirib ki, 2012-ci ilin sonuna qədər Azərbaycanı rəqəmsal yayımla tam əhatələmək və analoq yayımını dayandırmaq planlaşdırılır: “Azərbaycan əhalisinə iki rəqəmsal yayım paketi təqdim olunacaq ki, bunlardan biri sosial olacaq”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə