Azərbaycanda rus saytlarına üstünlük verilir

06-02-2009 / 17:51

“Alexa” Amerika informasiya şirkətinin məlumatına görə, Azərbaycanda ən məşhur İnternet resursları rus İnternet-portalları – Mail.ru poçt xidməti və Odnoklassniki.ru sosial şəbəkəsidir.

Bundan əlavə, ölkəmizdə yerli saytlar, çatlar və iş axtarışı üçün olan resurslardan istifadə olunur. Google.az, Yahoo.com və Rambler.ru saytları da Azərbaycan istifadəçiləri arasında populyardırlar.

Şirkətin məlumatına görə, Cənubi Qafqaz ölkələri – Azərbaycan, Ermənistan və Gürcüstanda pornoqrafik saytlara daxil olanlar çoxluq təşkil edir.

Qeyd edək ki, Alexa Internet, Amazon.com-un tərkibində digər saytlara daxil olanların statistikasını toplayan sayt kimi tanınır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə