Azərbaycanda sanksiyalaşdırılmamış insidentlərin sayı azalıb

09-04-2015 / 19:06

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə mart ayında 130 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
 

Xəbərlər www.cert.gov.az saytına istinadən bildirir ki, qeyd edilən insidentlərin 117-nin qarşısı alınıb. Bu ilin fevral ayı ilə müqayisədə insidentlərin sayı 32 faiz azalıb. Bu ilin əvvəlindən ölkədə 505 sanksiyalaşdırılmamış insident qeydə alınıb.

Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına mart ayında 7 audit raportu göndərilib, bu da fevralda həyata keçirilmiş auditlərin sayından 87,7 faiz azalıb.

Ötən üç ay ərzində “cert.gov.az” tərəfindən yeni domen qeydə alınmayıb, subdomenlərin sayı isə yanvarda 6, fevralda isə 5 subdomen təşkil etdiyi halda, martda qeydə alınmayıb.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 1582 sanksiyalaşdırılmamış insident qeydə alınıb, onlardan 1558-nin qarşısı alınıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.