Azərbaycanda sosial şəbəkələrdən nə qədər istifadə olunur?

12-04-2015 / 13:42
Yeni axtarış xidməti olan “StumbleUpon”un Azərbaycanda generasiya trafiki artmağa başlayıb.
 
Xəbərlər-in verdiyi məlumata görə, 2015-ci ilin martından etibarən, (p2p və bloqinq sosial şəbəkələrini birləşdirən axtarış xidməti olan “Sumble Upon” trafikinin generasiyasına dair statistik göstəricisi “GlobalStats” statuistik mərkəzinin hesabatına daxil olunub.
 
Yeni platforma sayılan “StumbleUpon”un payına Azərbaycanda generasiya olunan sosial media trafikinin 0,4 faizi düşüb.
 
Azərbaycanda “Facebook” sosial şəbəkəsi trafik generasiyasına görə 82,7 faizlə üstünlük qoruyur.
 
2015-ci ilin birinci rübünün nəticələrinə görə, ölkədə “Facebook”un trafik generasiyası 5,6 faiz aşağı düşüb.
 
“Twitter” şəbəkəsi üzrə isə Azərbaycanda 33,4 faiz artım müşahidə olunub. Bu sosial şəbəkə Azərbaycanda 7,5 faizlə ikinci yeri tutur. Üçüncü yerdə 2,8 faizlə “Vkontakte” sosial şəbəkəsidir.
 
Sonrakı yerləri isə 1,8 faizlə “Google+”, 1,6 faizlə “Pinterest”, 1,6 faizlə “Tumblr” və digər şəbəkələr tutur.( trend)

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.