Azərbaycanda startaplar bank krediti ilə bizneslərini inkişaf etdirə bilərmi?

08-02-2016 / 11:09

Startap tipli Kiçik və Orta Biznes (KOB)-lərin inkişafına banklar tərəfindən ayrılan kreditlər, sahibkarları və sahibkar olmaq istəyən şəxsləri biznesini inkişaf etdirməkdən çəkindirir.

Orta hesabla 19-27 faiz  arasında  dəyişən illik faiz dərəcələri, əlavə tələb olaraq zamin, requlativ sənədlər KOB-un inkişafının qarşısında dayanan ən böyük maneədir.

Yeni KOB-in qurulmasının dövlət üçün faydalarına baxaq:

  • Yeni iş yerlərinin açılması, məşğulluğun artması deməkdir,
  • Məşğulluğun artması isə məhsul və xidmətlərin, gəlirin artması deməkdir,
  • Məhsul və xidmətlərin artması rəqabətin artması deməkdir,ÜDM-nin artması deməkdir,
  • Gəlirlərin artması adam başına düşən milli gəlirin artması deməkdir, ÜDM-nin artması deməkdir,
  • Adam başına düşən milli gəlirin artması yığılan iqtisadiyyatın canlanması və vergilərin artması deməkdir ki, bu da dövlət büdcəsinin artması mənasını verir.
  • Bəs dövlət büdcəsinin artması nə deməkdir bilirsiniz ?

Özümüzü sahibkarın yerinə qoyaq. Qısa analiz üçün 61.500 AZN kredit alıb, öz biznesimizi qurmağı təsəvvür edək:

Bir bank seçib krediti götürməyə qərar verdim. Kredit şərtlərinə nəzər yetirək:

 

 Aylıq faiz:

Bir təşəbbüskar kimi fikirləşsək, yeni qurulacaq biznesin ilk aydan qızıl yumurta verməyəcəyini bilirik. Banklar isə fikirləşir ki, sən artıq ilk aydan krediti ödəməyə başlaya bilərsən. Qonşu Türkiyədəki Banklara  baxsaq,  görərik ki, KOB-lar üçün ayrılan kreditlərin ödənişi sonrakı aylardan başlayır.

Məsələn, təşəbbüskar krediti alıb, 2-3 ay biznes quruculuğu işləri ilə məşğul olacaq. Ölkəmizdə banklarımız ilk aydan qapıda dayanır ki, aylıq məbləği mütləq ödəməlisən. Amma Türkiyədə banklar təşəbbüskarın biznes planına baxıb, krediti ödəmə cədvəlini 4-5 ay sonraya ötürüb sonrakı aylardan başladır. Bu da təşəbbüskara imkan verir ki, ödəmələrin vaxtı gəlmədən işlərini qurub işçi heyətini formalaşdıra bilsin.

İş yerindən arayış:

Bir təşəbbüskar krediti götürüb gələcəkdəki quracağı iş yerindən arayışı necə versin ? Geri qaytarılmama riskini azaltmağın başqa yolları olmalıdır. Məsələn müvafiq orqanlarla bərabər pulların nələrə xərcləndiyini yoxlamaq kimi.

Məsələn, məlumdur ki, təşəbbüskarlıq fəaliyyəti üçün 61.500 AZN tələb edən kəs bunu mərhələli xərcləyəcək. Bank istənilən məbləği mərhələlərə bölüb, mərhələnin nəticəsinə görə kreditin riskini nizamlaya bilər.

Zamin:

Təşəbbüskardan ümid kəsiləndə növbəti addım zamindən borcu tələb etməkdir. Geri qaytarılmama riskini burada da asanlaşdırmaq olar.

Məsələn, təşəbbüskarlıq fəaliyyətinin ən çox dövlətə xeyri dəydiyi üçün zamin məhz dövlət olmalıdır. Kimin təşəbbüskar kimin olmadığını mütəxəssis heyəti ilə müəyyən edə bilər. Mütəxəssis heyətindən müsbət rəy alan təşəbbüskarın zamini dövlət olar, mənfi rəy alan da özünə artıq zamin tapsın.

Digər inkişaf vasitələri: Yardım və Qrantlar

Qrantların təşəbbüskarlıq mühitinin inkişafında bizə effektivlik vermədiyi göz qabağındadır. Qrant alan layihələr nəticə vermir. Nəticə 1 faizdın aşağıdır. Təşəbbüskarlara “balıq yox, balıq tutmağı öyrətmək” lazımdır. Qrant geri qaytarılmayan dəstək olduğu üçün təşəbbüskarla bərabər, “balığa” ehtiyacı olan hamı pay almaq istəyir. Paylar məcbur olub çox yerə bölünüb dağıdılır, sonra isə “nuş olsun”.

 Nəticə olaraq İsraildən misal gətirmək daha uğurludur: NASDAQ (dünyanın ən dəyərli texnologiya şirkətlərinin olduğu birja) -da olan ilk 100 texnologiya şirkətinin 60-dan çoxu İsrailə aiddir. Bu qədər inkişafın arxasında yatan səbəb illər əvvəl səhranın ortasında, neftsiz qalan İsrailin çıxış yolu olaraq kəşf etdiyi “Təşəbbüskarlıq” (Startup) proqramıdır.

İsrail resurslarının böyük əksəriyyətini ancaq bu sahənin inkişafına xərclədi. O zaman biz İsraildən bu təcrübəni öyrənməliyik, tətbiq etməliyik.

Bunlar mənim təklif etdiyim yoldur. Sizlər də təşəbbüskarlıq mühitinə dəstək olmaq  üçün təkliflərinizi hazırlayın və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna göndərin. Əminəm ki, faydalı fikirləriniz dəyərləndiriləcək.

Bütün təşəbbüskar dostlarımıza uğurlar arzulayıram. İnkişafımız onların əzmində və əməyindədir.

 

 

Nicat Manafov

Biznesin inkişafı üzrə mütəxəssis


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə