Azərbaycanda süni intellekt sahəsi ilə bağlı konfrans keçiriləcək

18-11-2015 / 16:42

2016-cı ilin yanvar ayında Yüksək Texnologiyalar Parkında  süni intellekt sahəsinə həsr edilmiş   “IntelligeX” konfransı  baş tutacaq.

Ölkəmizdə bir sıra tədbirləri və texnologiyaya fərqli yanaşma tərzi ilə seçilən Azresce Software bu dəfə süni intellekt sahəsində maarifləndirici konfrans keçirməyə hazırlaşır.

Bu  barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Konfransda iştirakçılara süni intellekt barədə maarifləndirici dialoqlar və təqdimatlar edilməsi nəzərdə tutulur. Eyni zamanda tədbirin təşkilatçıları tərəfindən süni intellekt sahəsində ilk dəfə Azərbaycanda yaradılmış tətbiqləri də təqdim edəcək və konfrans iştirakçılarının pulsuz istifadəsinə verəcəklər.

Qeyd edək ki, konfrans üçün artıq qeydiyyat başlayıb.

Tədbirdə yalnız qeydiyyatdan keçmiş  istifadəçilər iştirak edə biləcək.

Konfrans üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

Xeberler.az


  


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə