Azərbaycanda teleaparıcıların peşəkarlığı üçün akademiyanın yaradılmasına ehtiyac var

19-11-2009 / 20:07

Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri hesab edir ki, teleaparıcıların peşəkarlığı üçün xüsusi akademiyanın yaradılmasına ehtiyac var.

"Teleradio aparıcıları ilə bağlı bizi qane etməyən bir neçə məqam var. Əsas problem aparıcıların hazırlığı ilə bağlıdır. İndi teleradio aparıcıları arasında örnək göstəriləcək bir aparıcı belə yoxdur. Ən böyük problem onların ədəbi dilində olan qüsurlarla bağlıdır. Bu sahədə problemin aradan qaldırılması üçün xüsusi akademiyanın yaradılmasına ehtiyac var", - bu barədə Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli cümə axşamı Azərbaycan Prezident yanında KİV-lərə Dövlət Dəstəyi Fondu ilə MTRŞ-nin birgə keçirdiyi "Teleradio jurnalistlərinin peşəkarlıq səviyyəsinin artırılması" layihəsi çərçivəsində teleradio aparıcılarının peşəkarlıq səviyyəsinin artırılması mövzusunda keçirilən kursdakı çıxışında bildirib.

Məhərrəmli bildirib ki, pəltəklik, burnunda danışmaq, əcnəbi sözlərdən istifadə teleaparıcıların problemləridir.

"2003-cü ildə ədəbi dildən istifadə ilə bağlı Şuranın hazırladığı qaydalar var, lakin teleradioların əksəriyyəti bundan xəbərsizdir. Problemlərdən biri aparıcıların özlərini verilişlərdə həddən artıq sərbəst aparmalarıdır", - MTRŞ sədri əlavə edib.

Məhərrəmli bildirib ki, Şura heç bir telekanalın işinə qarışmır.

"Belə davam edərsə, ayrı-ayrı TV-lər və verilişlərlə bağlı araşdırma aparılacaq və onlara xəbərdarlıq ediləcək", - Şura sədri bildirib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.