Azərbaycanda tələbələr üçün “Start Up” layihəsinə start verilir

27-05-2010 / 09:19

İyun ayının 1-dən Azərbaycanda “Biliklər Mərkəzi” (Центр Знаний) şirkəti tərəfindən təşkil edilən və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən dəstəklənən “Start Up” layihəsinə start verilir.

 “Start Up” layihəsi təhsil almaq məqsədilə 10 min ABŞ dolları ekvivalentində qrantların alınması istiqamətində ali tədris müəssisələrinin texniki ixtisas üzrə təhsil alan tələbələri arasında keçirilən ilk müsabiqədir.

Müsabiqənin məqsədi Azərbaycanın ali tədris müəssisələrinin yuxarı kurs tələbələrini peşəkar dar profilli təhsillə, eləcə də əmək fəaliyyətindən əvvəl ilk ciddi əməli təcrübə ilə təmin etməkdən ibarətdir.
Bu il müsabiqə Cisco şirkətinin sertifikatlaşdırılmış məhsul xətlərindən biri üzrə aşağıda qeyd olunan dörd istiqamət üzrə keçiriləcək:
 
CCNP (Cisco Certified Network Professional)
CCVP (Cisco Certified Voice Professional)
CCSP (Cisco Certified Security Professional)
CCIP (Cisco Certified Internetwork Professional)
 
Müsabiqədə texniki ixtisasların 20-23 yaşında sonuncu kurs tələbələri iştirak edə bilər. Üç mərhələ üzrə keçiriləcək müsabiqənin birinci mərhələsində iştirakçılar layihənin saytında (www.startup-az.com) yerləşdirilmiş anketi doldurmalıdır. Onların yalnız 30 faizi ikinci tura vəsiqə qazana biləcək. İkinci mərhələdə isə onlayn-test aparılacaq. Final mərhələsində münsiflər heyəti ilə müsahibədən sonra 4 qalib müəyyən ediləcək. Qalanları isə “Biliklər Mərkəzində” təhsil almaq üçün 50 faizlik güzəşt əldə edəcəklər.
 
Anketlər iyunun 1-dən iyulun 15-dək doldurulmalıdır. Test isə iyulun 10-dan avqustun 11-dək keçiriləcək. Münsiflər heyəti ilə müsahibə 31 avqust 2010-cu il tarixinə müəyyənləşdirilib.
Müsabiqənin yekunları 1 sentyabr 2010-cu il tarixində elan olunacaq.
 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.