Azərbaycanda telefon şəbəkəsi tam elektronlaşdırılıb

03-01-2011 / 07:44

“Aztelekom” İstehsalat Birliyində Azərbaycanın telefon şəbəkəsinin tam elektronlaşdırılması ilə bağlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun təbrik məktubu oxunub.

“Aztelekom”un rəhbəri Məhəmməd Məmmədov çıxışında 2010-cu il ərzində İB tərəfindən görülən işlər haqqında məlumat verib. O bildirib ki, 2004-cü ildən indiyədək konsepsiyaya uyğun olaraq “Aztelekom” Azərbaycanın bütün bölgələrini telefon rabitəsi ilə təmin edib. 2008-ci ildə Azərbaycan MDB məkanında bütün yaşayış məntəqələrini telefonlaşdıran ilk dövlət olub. M.Məmmədovun sözlərinə görə, 2008-2009-cu illərdə ölkənin 600-dən artıq kəndi elektronlaşdırılıb: “Hazırda isə bütün ölkə ərazisində telefon ATS-ləri rəqəmsallaşdırılıb. 2004-cü ildən indiyədək 700 mindən artıq nömrə tutumu istismara verilib. Hazırda köhnə avadanlıqlardan imtina olunub, müasir tipli avadanlıqlar quraşdırılıb”. “Aztelekom” İB-nin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Faiq Cəfərov qeyd edib ki, 2010-cu ildə 301 yeni ATS tikilib, 768 ATS rekonstruksiya olunaraq elektron ATS-lərlə əvəzlənib, 299 ATS-in tutumu genişləndirilib. Onun sözlərinə görə, 2010-cu ilin əvvəlində şəbəkə abunəçilərinin sayı 430 846 olubsa, 2011-ci il yanvarın 1-nə 60% artaraq 686 000-ə çatacaq. 2004-cü ilin əvvəlində şəbəkədə elektronlaşma səviyyəsi 38,7% təşkil edirdisə, indi 100%-dir. 2004-cü ilin əvvəlində “Aztelekom”un xidmət ərazisində telefon şəbəkəsi tam elektron olan rayonların sayı 7 idisə, hazırda bu göstərici 100% artaraq 57 rayona çatıb. 2004-cü ilin əvvəlində “Aztelekom”un xidmət ərazisində genişzolaqlı internet istifadəçisi yox idisə, hazırda 20 000-dən artıq belə abunəçi qeydiyyatdadır. 2004-cü ilin əvvəlində fiberoptik kabel magistrallarının və birləşdirici xətlərin ümumi uzunluğu 1919 km idisə, indi 2,6 dəfə artaraq 5000 km-dən çoxdur: “Şəbəkədə yeni NGN avadanlıqlarının payı 21%-ə çatdırılıb. Ötən müddət ərzində “Aztelekom” İstehsalat Birliyində orta əmək haqqı da 2,5 dəfə artıb”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə