Azərbaycanda Uber istifadəçiləri problemlə üzləşib

06-07-2017 / 11:41

Son vaxtlar Azərbaycanda Uber istifadəçiləri  xidmətdən istifadə zamanı problemlə qarşılaşır.

Belə ki, istifadəçilər Xeberler.az-a bildirib ki, Uber sürücüləri sifarişi qəbul edəndən sonra zəng edib, ödənişin nağd və ya kartla olması ilə maraqlanıb, kart ödənişi ilə olan sifarişləri qəbul edə bilməyəcəkləri deyərək sifarişi ləğ etməyi xahiş edir.

Buna səbəb olaraq kartla ödənişi şirkətdən ala bilmədiklərini göstərirlər.

İstifadəçilər isə Uber-in sürücülərə qarşı haqsızlıq etdiyini iddia edərək, etirazlarını bildirir.

Xeberler.az olaraq məsələni dəqiqləşdirməyə çalışdıq.

Uber-in Moskva ofisi qeyd edilən problemlə bağlı rəsmi sorğumuzu cavablandırıb.

Ofisdən qeyd edilib ki, bütün pul köçürmələrini həyata keçiriblər:

"Uber  tərəfdaşlarla iş zamanı beynəlxalq standartlara ciddi şəkildə riayət edən iri beynəlxalq texnoloji şirkətdir. Bizə daxil olan bütün müraciətləri diqqətlə izləyib, cavab veririk. Uber-lə əməkdaşlıq edən sürücülərin göstərdikləri xidmətə görə pul köçürmələrində yaranan problemlə bağlı müraciət bizə daxil olan kimi, biz bundan öncə köçürmələri həyata keçirən partnyor banka rəsmi sorğu göndərdik. Məsələnin operativ həlli üçün biz digər bankın xidmətlərindən yararlandıq və bütün pul köçürmələrini həyata keçirdik”.

Məlumatda bildirilib ki, hazırda partnyor sürücülərin hesablarına pul vəsaitləri köçürülür:

“Lakin köçürlmə müddəti bir qədər artaraq 2-3 həftə təşkil edir. Buna baxmayaraq, biz bu müddətin 1 həftəyədək azalması istiqamətində aktiv şəkildə işləyirik".

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.