Azərbaycanda yeni telekanal yayıma başladı

27-11-2018 / 17:42

Xeberler.az  bildirir ki, 2017-ci il dekabrın 28-də Milli Televiziya və Radio Şurasının iclasında daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında) müsabiqənin qalibi elan edilib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

Şirkət 720 kv.m. həcmində pavilyona sahibdir. ARB 24-də virtual dekorasiyalar üçün avadanlıqlar və yeni rəqəmsal yayım avadanlıqları quraşdırılıb. Kanal 2015-сi ildən etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır. 2016-cı ildən "Türkel TV" olan telekanalın adı dəyişdirilərək "ARB 24" olub.

Bu il noyabrın 12-də xəbər sahəsi üzrə ixtisaslaşmış telekanal ARB 24 daxili test yayımına çıxıb. Kanalın əsas prioriteti iqtisadiyyatdır, yayım biznes kanal formatında olacaq. 24 saat efirdə olacaq kanal gün ərzində London, İstanbul və Nyu York birjasından bağlantılar təqdim edəcək


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə