“Azərbaycanda Yerin kosmik müşahidə fəaliyyəti” mövzusu müzakirə olunub

05-11-2015 / 12:38

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda  noyabrın 4-də  keçirilən seminarda Azərkosmos  ASC-nin əməkdaşı Ələskərov Elman "Azərbaycanda Yerin kosmik müşahidə fəaliyyəti" mövzusunda təqdimatla çıxış edib.
 
Qurumdan Xeberler.az-a verilən məlumata görə, təqdimat Yerin məsafədən müşahidəsinin fiziki əsasları, prinsipləri və tətbiq sahələrinə həsr olunub.
 
Təqdimat zamanı Azərkosmos-un əməkdaşları tərəfindən yerinə yetirilmiş bir neçə layihənin, o cümlədən Hirkan Milli parkında bitki örtüyünün monitorinqi, Hacıqabul gölünün arealının mövsümü və illər üzrə dəyişmə dinamikası, Kür ovalığında səhralaşma dərəcəsinin qiymətləndirilməsi nəticələri seminar iştirakçılarına təqdim olunub. Bundan əlavə seminar zamanı peyk təsvirlərinin digər sahələrdə tətbiq imkanları o, cümlədən ekoloji problemlərin həllində, təbii ehtiyatların istismarında, fövqəladə hallar zamanı istifadəsi müzakirə olunub. 

Təqdimat seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Sonda iki təşkilat arasında gələcəkdə bu sahədə birgə əməkdaşlıq haqqında razılıq əldə olunub. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.