Azərbaycandakı mobil operatorların gəliri açıqlanıb

18-05-2017 / 11:19

2017-ci ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri tərəfindən göstərilən 530 milyon manatlıq xidmətlərin 71,7 faizi  əhali sektoruna aid olub.

Dövlət Statistika Komitəsindən  Xeberler.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 2,9 faiz  artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,3 faizi (256,2 milyon manat) mobil telefon rabitəsi sahəsində formalaşıb.

Onu da qeyd edək ki, bu dövr ərzində  kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarından əldə edilən gəlir 2016-cı ilin yanvar-aprel aylarına nisbətən, 102,0 faiz ( 78,4 milyon manat)  təşkil edib. 

Eyni zamanda 2017-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1515,8 min nəfər olub ki, , onlardan  626,6 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2017-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 514,3 manat olub. İqtisadiyyatın informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub. 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.