Azərbaycandakı ödəniş terminalları vətəndaşlara çətinliklər yaradır

17-04-2019 / 10:30

Dövlət qurumlarının, kredit və sığorta təşkilatlarının, informasiya və kommunikasiya texnologiyaları şirkətlərinin əhatə olunduğu və geniş yayılmış ödəniş terminalları vətəndaşlara çətinliklər yaradır.

Xeberler.az  bildirir verir ki, terminallar əksər hallarda cüzi zədələnmiş, eləcə də şax vəziyyətdə olan kağız əsginasları qəbul etmirlər.

Xüsusən Heydər Əliyev Beynəlxalq Hava Limanında ödəmə terminalları təzə əsginasları qəbul etmir, vətəndaşlar digər şəxslərlə pulu dəyişmək məcburiyyətində qalırlar.

Digər tərəfdən 100 və 200 manatlıq əsginaslarla ödəniş etmək istəyənlər də onun nisbətən kiçik nominallı pullarla əvəz etməyə məcbur olurlar. Bu isə əlavə vaxt itkisi ilə nəticələnir.

Sumqayıt Texnologiyalar Parkı

Azərbaycandakı ödəniş terminalları əsasən, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) istehsalıdır. Şirkətin İnformasiya texnologiyaları departamentinin direktoru İslam Rzayev "Report"a deyib ki, bu avadanlıqlar ABŞ və Avropanın tanımış keyfiyyətə nəzarət qurumlarının sertifikatlarına malikdir və onların daxilində mükəmməl əskinastanıma cihazları quraşdırılır: “Odur ki, terminalların əksinasları tanımaması və onları geri qaytarması problemi STP-dən qaynaqlanmır. Ola bilsin ki, bu terminallardan istifadə edən dövlət və özəl qurumlar daxil edilən əskinasların vəziyyəti ilə tətbiq etdikləri proqram təminatında müəyyən tələblər qoyurlar. Hansısa dərəcədə cırılmış və yaxud əzilmiş əskinasların qəbul edilməməsi barədə cihazlara göstərişlər verilir və son nəticədə insanlar əziyyət çəkir”.

Müşahidələr göstərir ki, Azərbaycanda daha çox “MilliÖN” və “E-manat” terminalları geniş yayılıb. Demək olar ki, bütün metro stansiyalarında, dayanacaqlarda, marketlərdə bu terminallara rast gəlmək mümkündür.

“MilliÖN” terminallarının məxsus olduğu “Comtec” MMC-nin Müştəri Xidmətləri şöbəsinin rəhbəri bölümün rəhbəri Ülviyyə Əfəndiyeva etiraf edir ki, terminallarda quraşdırılmış proqram təminatı həm cırılmış və əzik, həm də şax vəziyyətdə olan pulların qəbuluna imkan vermir: “Bu proqram təminatı saxta pulların terminallara daxil edilməsinin qarşısını almaq məqsədi daşıyır. Müştərilərimiz bundan əziyyət çəksə də, hər halda təhlükəsizlik baxımından bunu tətbiq etməyə məcburuq”.

“E-manat”

“E-manat” terminallarının məxsus olduğu “Modenis” MMC-nin direktor müavini Vüsal Süleymanov isə hesab edir ki, əskinasların qəbul edilməməsi yalnız texniki nasazlıqla bağlı ola bilər: “Pulların terminallardan geri qaytarılması halları mövcuddur, amma bu, kütləvi xarakter daşımır. Sadəcə bəzən terminallarda tozlanma və nəmişliklə əlaqədar texniki nasazlıqlar yaranır və biz onları dərhal aradan qaldırırıq. Ölkənin hər yerində texniklərimiz fəaliyyət göstərir və hər gün terminallara baş çəkirlər. Qurğuların vəziyyəti daimi monitorinq edilir”.

https://youtu.be/cgsyO0Pi8h0 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə