Azərbaycanın dövlət orqanlarının saytları dağıdılmayıb

23-08-2013 / 11:47
Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət orqanları   saytlarının dağıdılması barədə mətbuatda yayılan məlumatları təkzib edib.
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, dövlət orqanları saytlarının dağıdılması barədə mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil. “Bununla əlaqədar bildiririk ki, gecə saat 01:30 – 02:30 radələrində, reqlamentə uyğun olaraq aparılan profilaktik tədbirlərlə əlaqədar dövlət saytlarına giriş müvəqqəti məhdudlaşdırılıb. Profilaktik tədbirlər qurtardıqdan sonra saytların işi bərpa olunub və təhlükəsizliyi yüksək standartlara uyğun təmin olunur”,- deyə rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, “Cert.gov.az” Azərbaycan dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmətlər göstərir.
(ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə