Azərbaycanın dövlət qurumlarına Microsoft-un lisenziyaları paylanır

19-02-2019 / 16:40

“Dövlət orqanlarının proqram təminatlarının lisenziyalaşdırılması prosesi artıq başlayıb. Bununla əlaqədar olaraq, ötən ilin iyul ayında “Microsoft” və Azərbaycan hökuməti arasında müqavilə imzalanıb”.

Xeberler.az  məlumat verir ki, bu sözləri  “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

S.Həşimovun sözlərinə görə, hazırda lisenziyalar dövlət qurumlarına paylanır:

“Operator qismində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi seçilib. Çünki onların parkı bu prosesə daha yaxşı hazırdır. Hazırda lisenziyalar həm paylanır, həm də lokal resursların, peşəkarların hazırlanması prosesi davam edir”.

“Microsoft” rəsmisi lisenziyaların verildiyi qurumların adını açıqlamayıb. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.