Azərbaycanın ən uğurlu İKT xanımları seçiləcək

27-12-2016 / 11:38

Azərbaycanda İT sahəsində qadınların əldə etdiyi uğurlu innovasiyların tanınmasına həsr edilmiş "AWITA 2017 - AZERBAIJAN WOMEN in IT AWARD"  tədbiri keçiriləcək .

Xeberler.az-ın məlumatına görə, Azərbaycan Qadını İT-də Klubu, Femmes Digitales tərəfindən təşkil edilən tədbir yanvarın 26-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Klubdan verilən məlumata görə, Azərbaycan Qadını İT-də Mükafatlandırması Azərbaycanda texnologiya sahəsində mövcud olan gender bərabərsizliyi ilə mübarizəyə həsr olunmuş ən böyük tədbirdir.

Bu, qadınların texnologiya sahəsində əldə etdikləri uğurların və tətbiq etdikləri innovasiyaların nümayiş etdirilməsi, yeni vəzifə modellərinin müəyyən edilməsi və İT sektorunda təsiredici qüvvəyə malik tərəflər arasında şaxələndirmə ilə bağlı gələcək dialoqların təşviq edilməsi vasitəsi ilə həyata keçirilir.

Qeyd edilib ki,  3 ilə yaxındır ki, Femmes Digitales klubu qadınların İT sahəsindəki rolunu diqqətlə izləyir. Mükafat İT sahəsindəki qadınların peşəkar uğurlarını təşviq edən və tanıyan proqramı təmin edir. 

Proqramın bir hissəsi kimi münsif panelini, təchizatçını, distributoru və aralıq satıcıları təmsil edən nüfuzlu icra qrupu seçilib.

Üzvlük üçün namizədlik işçi, sahibkar, biznes partnyoru və yaxud sizin özünüz tərəfindən təqdim edilə bilər. 

Qaliblər 26.01.2017 tarixdə 15 kateqoriya üzrə mükafatların təqdim edilməsi üçün təşkil edilmiş nahar mərasimində elan ediləcək. 

AWITA-2017 Azərbaycanda texnologiyanın şaxələndirilməsinə xidmət edən ən böyük tədbirdir.

Azərbaycanın İT sahəsindəki ən nüfuzlu 100 lideri bu tədbirdə toplaşacaq. 
Bu tədbir son 12 ay və yaxud daha uzun müddət ərzində qadınların texnologiya sahəsində əldə etdikləri uğurları və innovasiyaları nümayiş etdirəcək, yeni vəzifə modellərini müəyyənləşdirəcək və sektorun aparıcı qüvvələri arasında əlaqələrlə bağlı gələcək dialoqların keçirilməsini təşviq edəcək. 

Tədbir və şərtlər barədə daha ətraflı burada. İştirak üçün isə buradan müraciət edə bilərsiniz.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.