Azərbaycanın ikinci peyki 191,36 milyon dollara başa gələcək

24-10-2015 / 11:18

Azərbaycanın ikinci peyk proqramının dəyəri 191,36 milyon dollar təşkil edəcək.

Xeberler.az Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin saytına istinadən məlumat verir ki, bu vəsait Azerspace-2/Intelsat 38 ikinci geostasionar peykin tikintisinə və yeni yerüstü peyk avadanlığının aınmasına sərf ediləcək.

Azerspace-2/Intelsat 38 peykinin orbitə 2017-ci ildə çıxarılması nəzərdə tutulur. Yeni peykin xidmət zonasının Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcəyi qeyd olunur.

Azərbaycanın ilk peyki Azerspace/Africasat-1a 2013-cü il fevralın 1-də orbitə çıxarılıb. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.