Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?

25-10-2017 / 13:06

Azərbaycanın Azerspace-2/Intelsat-38 ikinci geostasionar peykinin tikintisi üzrə işlər 90 faiz yekunlaşıb.

Xeberler.az bildirir ki, bu barədə Trend-ə Azərbaycanın peyk rabitəsi bazarındakı mənbə bildirib.

Tikinti işlərinin 2018-ci ilin yanvarında başa çatdırılması planlaşdırılır. Peykin gələn ilin birinci yarısında buraxılması nəzərdə tutulur.

Peykin orbitə çıxarılması ilə Fransanın Arianespace şirkəti məşğul olacaq. Bundan əvvəl Azerspace/Africasat-1a ilk peykinin buraxılışını da həmin şirkət həyata keçirmişdi.

Azerspace-2/Intelsat-38 geostasionar orbitdə 45 dərəcə şərq uzunluğunda yerləşdiriləcək. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.