Azərbaycanın ikinci peykinin buraxılış vaxtı açıqlanıb

05-01-2017 / 13:53

Azərbaycanın ikinci telekommunikasiya peyki Azerspace 2-nin hazırlanması 2017-ci ilin sonunda başa çatacaq.

Xeberler.az məlumat verir ki, bu barədə Azərkosmos ASC-dən məlumat verilib.

İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub.

ASC-nin məlumatına görə, ikinci geostasionar peyk Azerspace 1-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.

Qeyd edək ki, Azerspace 1 2013-cü ilin fevral ayında orbitə buraxılıb.(Trend)

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.