Azərbaycanın ilk antivirus proqramı yaradılır-Video

05-01-2018 / 10:56

Azərbaycanın ilk antivirus proqramı hazırlanır.

Belə ki, proqram Xüsusi dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə Və İnformasiyaTəhlükəsizliyi Dövlət Agentliyi yanında Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) tərəfindən həyata keçirilir.

CERT-dən Xeberler.az-a verilən məlumata görə, ilk antivirus proqramının hazırlanması üzrə işlərin birinci mərhələ başa çatıb.

Bildirilib ki, proqram “Team Cymru” tərəfindən həyata keçirilən zərərli proqramlar bazası üzrə axtarış və digər funksiyalarla təmin olunub.

CERT-dən verilən məlumatda Milli Antivirusun hazırlanmasının çətin və məsuliyyətli bir yol olduğu qeyd edilib:

“Yolun ilkin mərhələsini artıq tamamlamışıq və hazırlanan antivirusu ilkin nümünə funksionallıqlar və antivirus bazası ilə təmin etmişik. Amma beta versiyasının istifadəyə verilməsi üçün üzərində bir müddət də çalışmalıyıq”.

Onu da xüsusi vurğulayaq ki, layihə üzərində yerli mütəxəssislərimiz, elə CERT-in əməkdaşları işləyir.

Zərərli kompüter proqramlarının çoxfunksiyalı təhlili proqramı (Multifunctional Analysis Program – MAP) üzərində iş 2015-ci ildən başlayıb. Proqramın interfeysi 3 dildə – Azərbaycan, rus və ingilis dillərində olacaq.

Günel

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.