Azərbaycanın ilk mobil nəşriyyatı istifadəyə verilib

07-10-2015 / 16:44

Azərbaycanın ilk mobil nəşriyyatının qurulması məqsədilə "Kitab-app" layihəsi təqdim olunub.

İnformasiya Texnologiyalarının İnkişafı Fondundan Xeberler.az-a bildirilib ki, ilkin mərhələdə "Kitab-app" mobil tətbiqi Android əməliyyat sisteminə malik mobil telefonlar üçün aktiv olacaq.

Bu layihə ilə kitab artıq Azərbaycanda mobil və daha əlçatan bir məhsul olacaq. Oxucu istədiyi kitabı saytlarda axtarmayacaq və sadə bir kliklə cihazına endirib, bütün dünyanın istifadə etdiyi kimi rahat oxuyacaq. Bundan əlavə, istifadəçilər əldə etdikləri məhsulun interfeysini zövqləri və rahatlıqlarına uyğun dəyişə biləcəklər.

İlkin mərhələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Fondunun maliyyə dəstəyi ilə təqdim olunan layihəyə nəşriyyat üçün uyğun proqramlar və onların admin panelləri yazılıb, ilkin istifadə üçün sistemə müəyyən sayda pulsuz kitab yüklənilib.

Müəlliflərin sözlərinə görə, layihənin əsas məqsədi bu sahədə olan boşluğu, daha doğrusu heçliyi doldurmaqdır. Sözügedən əməliyyat sistemlərində, məsələn, ingilis və rus dillərində istənilən kitabı (hətta bir neçə variantda) tapmaq, yükləmək (almaq), oxumaq mümkün olduğu halda, bizim ana dilimizdə belə bir imkan yoxdur. Çünki bu cür tətbiqlər yox səviyyəsindədir. Bizim planımız həyata keçərsə, Azərbaycanda ilk mobil nəşriyyat qurulacaq. İlkin baza olaraq 20 kitab tam pulsuz olaraq sistemlərə yüklənəcək. Bu cür kitabların üstünlüyü bundadır ki, nə kağız kitab, nə də e-book'dan oxumağa zamanı və imkanı olmayan insanlar gələcəkdə istədikləri kitabı öz IOS və Android sistemli cihazlarına (telefon və tabletlər) pulsuz və ya çox kiçik bir məbləğ ödəyərək endirib oxuya biləcəklər.

Bu layihə nəticəsində hər hansı ucqar rayon sakini də əldə etmək istədiyi kitaba artıq əziyyət və xərc çəkməyəcək. İlkin nəticələrdən başlayaraq, bütün fəaliyyət dövrü ərzində layihə nəinki tək Azərbaycanı, hətta bütün dünyada dilimizdə kitab görmək, oxumaq istəyən insanları əhatə edəcək.

"Kitab-app" qurucularının sözlərinə görə, layihə uğurla davam etdikcə lokal investor marağı cəlb edəcək, çünki mobil nəşriyyat ideyasının ölkədə yeni və unikal bir layihədir.

​Aşağıdakı keçidlərdə layihə ilə bağlı nümunələrlə tanış olmaq olar:

play.google.com/store/apps/details?id=com.elix.menim_heyatim

play.google.com/store/apps/details?id=com.elix.kon_tiki_seyaheti

play.google.com/store/apps/details?id=com.elix.latis_nagillari

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə