Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

05-12-2018 / 10:37

Ölkəmizdə ünvan tapmaq işi daha da sadələşir, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanır və ünvanların elektron idarə edilməsinə nail olunur. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib.

Xeberler.az  bildirir ki, bu məqsədlə komitə dekabrın 6-da geniş İctimai Təqdimat keçirəcək. Tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı nəzərdə tutulur.

İctimai Təqdimat saat 10:30–da Excelsior Hotelinin Afurja zalında (Bakı şəhəri, Heydər Əliyev prospekti,2) keçiriləcək. Tədbirin məqsədi ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən Ünvan portalının istifadə qaydaları, üstünlükləri ilə bağlı ətraflı məlumat vermək, o cümlədən vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə verəcəyi faydanı izah etməkdir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.