Azərbaycanın internet sürəti 33 pillə gerilədi

11-07-2018 / 14:45

British tədqiqat institutu Cable 200 ölkədə internet sürətini testdən keçirdi. Araşdırmada iki fərqli universitet, Google və müxtəlif xüsusi tətqiqat laboratoriyaları ortaq yer alıb. Nəticədə Geniş Zolaqlı Sürətli Dünya Bağlantı xəritəsi ortaya çıxdı.

Xeberler.az bildirir ki, may ayının 29-da başa çatan, 200 ölkədə 163 milyondan çox geniş zolaqlı şəbəkə sürəti testinə əsaslanan anketin nəticələri 12 ay ərzində tərtib edilib. Nəticədə dünya xəritəsində ölkə və ölkədə hansı əlaqənin nə qədər sürətli olduğu göstərilib.

Qeyd edək ki, sıralamada Azərbaycan 2.52 mbps (mega bit per second) sürətlə 2017-ci il göstəricisi ilə müqayisədə 33 pillə geriləyərək 135-ci sırada yer alıb.

Qonşu ölkələrdən Türkiyə 91-ci, Rusiya 47-ci, Gürcüstan 77-ci, İran 145-ci, Ermənistan 107-ci sırada yer alıb.

Həmçinin sıralamda ilk onluğa düşən ölkələri də sizə təqdim edirik:

  1. Sinqapur
  2. İsveç Krallığı
  3. Danimarka
  4. Norveç
  5. Rumıniya
  6. Belçika
  7. Hollandiya
  8. Lüksemburq
  9. Macarıstan
  10. Cersi adası

Digər ölkələrin internet sürətilə bağlı göstəricilərlə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

Sevinc Baba-zadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.