Azərbaycanın İT şirkəti beynəlxalq biznes mükafatının qalibi olub

21-07-2015 / 19:14

Neuron Technologies şirkəti dünyanın ən mühüm biznes mükafatlarından hesab olunan “The Bizz 2015” beynəlxalq biznes mükafatının qalibi elan olunub. 

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Azərbaycanın Neuron Technologies şirkəti dünyanın ən mühüm biznes mükafatlarından hesab olunan The Bizz 2015 mükafatının qalibi elan olunub. Dünya Biznes Konfederasiyası tərəfindən dünyanın 3000-dən artıq şirkəti arasında aparılan araşdırma və tədqiqatın nəticəsi olaraq, 2015-ci il üzrə keçirilən nominasiyada Azərbaycanın Neuron Technologies şirkəti qaliblər siyahısına daxil edilib.

Neuron Technologies şirkətinin biznes sahəsində əldə etdiyi nailiyyətləri, təqdim etdiyi xidmətlərin və proqram təminatlarının beynəlxalq keyfiyyət göstəricilərinə uyğun gəlməsi, müasir idarəetmə sistemlərinin tətbiqi, həmçinin şirkətin qısa müddət ərzində innovativ yeni texnologiyaların, İKT sistemlərinin tətbiqinin bu beynəlxalq mükafata layiq görülməsinin əsas meyarları olduğu bildirilmişdir. 

Ölkəmizin İT şirkətinin bu beynəlxalq biznes mükafatın qalibi elan edilməsi həm də ölkəmizdə İKT sahəsinin inkişafının göstəricisidir.  Neuron Technologies (www.neuron.az) Azərbaycanda ən sürətli inkişaf edən İT şirkətlərindən biridir.  Şirkət proqram təminatının işlənib-hazırlanması, sistem inteqrasiyalarının tətbiqi, İKT infrastrukturunun qurulması üzrə ixtisaslaşıb.  Neuron Technologies son illər ərzində ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə elektron idarəetmə sistemlərinin, milli proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib. 

 

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə