Azərbaycanın İT xanımları seçilib- Fotolar

27-01-2017 / 17:14

Məlumat verdiyimiz kimi, dünən Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan və peşəkar fəaliyyəti ilə seçilən qadınlara AWITA 2017 – “The Women in IT” mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta və onun həyat yoldaşı, Milli Məclisin deputatı Tahir Mirkişili  və digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. 

Mərasimdə son 12 ay ərzində informasiya texnologiyaları sahəsində uğur əldə etmiş bu sahənin ən parlaq nümayəndələri 15 nominasiya üzrə mükafatlandırılıb.

Mərasim tanınmış teleaparıcı Murad Dadoşovun təqdimatı ilə keçirilib.

Qalibləri təqdim edirik:

“İlin innavatoru”- B.EST Solutions şirkətinin təsisçisi Jana Krimpe

“İlin İT  şirkət CEO-su”- HP Azərbaycan şirkətinin rəhbəri  İnara Quliyeva

“İlin İT üzrə qadını” - Iteca Caspian şirkətinin satış departamentinin direktoru Rəna Abutalıbova

“İT qəhrəman” - Microsoft şirkətinin marketinq üzrə regional meneceri Səbinə Pərvizi

““Münsiflər heyətinin seçimi” xüsusi nominasiyası-  AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova

“İlin rəqəmsal lideri”-Cybernet şirkətinin Layihələrin İdarəolunması Şöbəsinin rəhbəri Şəhla Məmmədova

“İlin startapı”- TechSOS layihəsinin həmtəsisçisi Aytac Ağabəyli

"İlin proqram təminatı" -Geotek BS şirkətinin proqram təminatıçısı Nigar Hacıbabayeva

"İlin tarnsformasiyası" -Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin departament rəhbəri Ulduzə Xəlilova;

"İlin sahibkarı" - ULTRA Technologies şirkəti

“İlin İT müəlliməsi”- Avropa Liseyinin İKT üzrə direktor müavini Rəhiylə Əliyarazdə

"İT sahəsində ilin qrupu/İT Təhsil proqramı/İT Təhsil layihəsi — WoWoman Tech Tech Xanım

"Ucqar bölgədə İR sahəsinə verilən töhfə" — Azərbaycan Respublikası Ağcabədi rayonunun Salmanbəyli kənd məktəbinin informatika fənni üzrə müəlliməsi Şəhanə Bədəlova

 “İlin proqramçısı” -  ULTRA Technologies şirkətinin proqramçısı  Fidan Cəfərov  

“İlin İT tələbəsi”- ADA Universitetinin 3-cü kurs tələbəsi Elnarə Nəbiyeva

Qeyd edək ki, seçimlərdə iştirak edən münsiflər heyəti İKT sahəsində tanınmış şəxslərdir. Belə ki, bu prosesdə yalnız İKT sahəsində çalışan kişilər iştirak edib. 

AWITA 2017 Azərbaycanda İKT sahəsinin populyarlaşması istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər təşkil edən Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES təşkilatı tərəfindən təşkil edilib.

 

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə