Azərbaycanın mədəniyyət portalı ingilis dilində də yayımlanacaq

08-06-2009 / 13:44

9 iyun  Kultaz.com Mədəniyyət Portalının 2 yaşı tamam olur. Portal Azərbaycan internet məkanında öz profolinə görə yeganə anadilli saytdır.

Saytda gündəlik olaraq Azərbaycan ədəbiyyatı, teatrı, musuqisi, kinosu və mədəniyyətin digər sahələri ilə bağlı xəbərlər, araşdırmalar, tənqidi yazılar və resenziyalar bir ortamda yayımlanır. Bundan əlavə, saytda ədəbi əsərlər, dünya ədəbiyyatından tərcümələr, videolar da dərc olunaraq, geniş oxucu auditoriyasının müzakirəsinə təqdim edilir.
Azərbaycanın ən populyar mədəniyyət portalının günlük izləyici sayı 1500-2000 nəfərdir.

Sayt rəhbərliyi bu ilin sonuna qədər \"Kultaz.com\"-un ingilis dilli versiyasını da yaratmağı nəzərdə tutur.

Biz də xeberler.az olaraq, öz növbəmizdə ,sayt rəhbərliyini 2 il müddətində bu çətin və məsuliyyətli işin öhdəsindən gəldiklərinə görə təbrik edir və uğurlarının davamını diləyirik.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə