Azərbaycanın milli kosmik rabitə peyki mobil danışıq qiymətlərinə təsir edəcək

24-01-2009 / 16:17

  Azərbaycanın milli «AzerSat» rabitə peyki ilə bağlı işlər gedir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mənsublarının dediyinə görə, layihənin iqtisadi və texniki tələbləri ilə bağlı yerli mütəxəssislərlə xarici ölkələrdən dəvət edilmiş ekspertlərin hesabatı artıq hazırdır: «Layihənin dəyəri ən azı 60-100 milyon dollardır. Bir sıra şirkətlər iştirak etmək üçün müraciət etsələr də, layihənin maliyyə mənbələrinin dəqiqləşdirilməsi ilə bağlı işlərimizi davam etdiririk».

  Kosmosda «AzerSat»ın olması telefon, İnternet və teleradio siqnallarının ötürülməsini yaxşılaşdırıb sürətləndirməklə yanaşı, ölkənin xarici səs və görüntü siqnallarının ötürülməsi sahəsində xarici ölkələrin müvafiq texniki vasitələrindən tam asılılığını aradan qaldırmağa imkan verəcək.

  Mütəxəssislər deyirlər ki, «AzerSat» ölkədə mobil rabitə və İnternet tariflərini minimum 2 dəfə aşağı sala bilər. Hazırda ölkədəki İnternetin durumundan izafi bəhs etməyə hacət yoxdur. Sadəcə, onu deyək ki, «milli İnternet»imiz Türkiyədəki tariflərlə müqayisədə 4, Rusiya ilə müqayisədə isə 2 dəfə bahadır. Sürət, müxtəlif servislər və qoşulma arealının genişliyi kimi ünsürlər isə Özbəkistan, Qırğızıstan səviyyəsindədir.

  Mobil rabitə tariflərinin baha olmasına gəldikdə isə, «Azərcell» və «Bakcell» mobil rabitə operatorlarının texniki servis menecerləri bildirirlər ki, bu, Azərbaycanın rabitə peykinin olmaması səbəbindən belədir: «Azərbaycan mobil telekommunikasiya üçün başqa ölkələrin peyklərindən istifadə edir. Buna görə də icarə tariflər ucbatından müştərilərə təklif etdiyimiz paketlər indiki qiymətdədir. Lakin bütün imkan və səylərimizdən istifadə edərək, tarifləri aşağı salmaq istiqamətində addımlar atırıq».«NarMobile» yetkililəri də eyni mövqedədir.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə