Azərbaycanın neçə internet saytı var?

08-12-2014 / 17:43

Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 23986 domen təşkil edib.

Xeberler.az-ın Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istinadla verdiyi məlumata görə, ilin əvvəlindən bu günədək 7677 domen qeydiyyatdan keçirilib, 5890 domen isə ləğv edilib. Hazırda Azərbaycanda 21009 “*.az”, 990“*.com.az”, 204 “*.edu.az”, 132“*.org.az”, 73“*.net.az”, 77 “*.co.az”, 42“*.int.az”, 63 “*.info.az”, 35“*.pp.az”, 25 “*.biz.az”, 14 “*.name.az”, 1 “*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Son bir ayda “*.az” domenlərinin sayı əsasən “*.com.az”, “*.edu.az” və digər kiçik domenlərin xeyrinə əhəmiyyətli dərəcədə azalıb. Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 domen adı olub.

Ötən il 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə 1 ilə xalis domen artımı 3699 domen təşkil edib. Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə