Azərbaycanın poçt xidmətlərinin keyfiyyətinə görə qızıl səviyyəli sertifikatı

27-04-2015 / 18:26

Ümumdünya Poçt İttifaqının EMS Kooperativinin sifarişi və maliyyə dəstəyi əsasında məşhur “Pricewaterhouse Coopers” auditor şirkəti Kooperativin Təftiş və Qiymətləndirmə Proqramı çərçivəsində dünyanın EMS operatorlarının 2014-cü ildə göstərdikləri poçt xidmətlərinin keyfiyyət göstəricilərini araşdırıb və həmin il üçün Yekun Sertifikasiya Səviyyələri Cədvəlini çap edərək, qalibləri rəsmi elan edib.

 Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, nəticələrə görə, 199 ölkə arasında Azərbaycan və daha 4 ölkə qızıl, 2 ölkə gümüş və 1 ölkə bürünc səviyyə sertifikatı qazanıb.

 Bu Azərbaycan poçtunun EMS operatoru –  “Azərekspresspoçt” Rabitə Müəssisəsinin son 10 ildə 8-ci qızıl sertifikatıdır.

 Qızıl səviyyəli sertifikat İsveçrənin Bern şəhərində keçirilən EMS Kooperativinin 18-ci Baş Assambleyasında təntənəli şəkildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Azərpoçt” MMC-nin məsul işçilərindən ibarət Azərbaycanın nümayəndə heyətinə ÜPİ-nin Beynəlxalq bürosunun baş direktoru Bişar Hussein və EMS Kooperativinin sədri cənab Patrik Rişon tərəfindən təqdim edilib.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.