Azərbaycanın regional ATS-ləri TAE xəttinə qoşulur

18-09-2009 / 22:23

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi Trans-Asia-Evropa (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişlənməsi üzrə işləri davam edir.

RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə Daşburun-Füzuli optik kabelin çəkilməsi üzrə işlər başa çatacaq və tələb olunan avadanlığın qurulması nəticəsində Füzuli rabitəsi də TAE xəttinə birləşdiriləcək.

Hazırda Göyçay-Ucar-Zərdab fiber-optik kabel magistralının, İsmayıllı və Qaraməryam arasında fiber-optik kabel xəttinin tikintisi başa çatdırılıb, bununla da Ucar, Zərdab TKQ-lərinin mərkəzi ATS-ləri ilə TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentlərinə birbaşa bağlantı yaradılıb. Qeyd edilən ATS-lərdə STM-16 və STM-1 avadanlıqları quraşdırılıb. Zərdabdan fiber-optik kabelin Ağcabədiyə çəkilməsi ilə Azərbaycanda yeni bir dairəvi rabitənin təməli qoyulacaq.

Yaxın gələcəkdə Neftçala, Lerik, Yardımlı, Gədəbəy və Daşkəsən TKQ-lərin də TAE xəttinə qoşulması planlaşdırılır. Artıq Neftçala rabitəsi Salyan-Neftçala, Daşkəsən rabitəsi isə Gəncə-Daşkəsən radio-rele xətti vasitəsilə təmin olunur, Gədəbəydə isə bu imkan olmadığından rayon rabitəsinin beynəlxalq və şəhərlərarası çıxışı “Azercell” şirkətinin stansiyası üzərindən təmin edilir. Yardımlı və Lerik rabitəsi isə Lənkəran-Lerik-Yardımlı xətti üzrə radio-rele avadanlığı ilə təmin olunur.

Xatırladaq ki, TAE layihəsi 1999-cu ildən etibarən həyata keçirilir və 2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin tikintisi başa çatdırılıb. TAE fiber-optik kabel magistralının istismara verilməsindən sonra ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə və Ukrayna istiqamətində birbaşa müasir yüksək keyfiyyətli rəqəmsal beynəlxalq rabitə təşkil etmək mümkün olub. Hazırda RİTN TAE layihəsinin sualtı seqmentinin həyata keçirilməsi məqsədi ilə danışıqlar aparır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.