Azərbaycanın turizm portalı fəaliyyətə başlayıb

18-04-2011 / 18:55

www.GoMap.az – adlanan internet saytı  Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2008-ci ilin noyabrından başlanan “Turizm Məqsədli Coğrafi İnformasiya Sistemi və Naviqasiya” layihəsi çərçivəsində yaradılıb. Prezident  İlham Əliyev tərəfindən elan edilən Turizm ili münasibəti ilə reallaşan layihənin məqsədi Azərbaycanda turizmin inkişafı naminə ölkənin elektron xəritəsini yaratmaqdır. Elektron xəritəyə 70 şəhər, 4530 yaşayış məntəqəsi, 3300 mədəni-tarixi abidə, 670 000 bina və tikili, 43 000 km yol, 23 770 km yaşıllıq sahəsi və meşə və s. məlumatlar daxil edilib. Burada həmçinin mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib.  Veb-portalın azərbaycan, ingilis və rus dillərində fəaliyyəti nəzərdə tutub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə