Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək

15-02-2019 / 17:06

Avropa İttifaqının (Aİ) Mobillik və Nəqliyyat üzrə baş direktoru Henrik Hololeyin rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfər edəcək.

Xeberler.az  bildirir ki, səfər çərçivəsində Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək.

İclasda aviasiya, dəniz və yol təhlükəsizliyi, Nəqliyyat İnvestisiya Planı, Avropa-Asiya Bağlantılar Strategiyası, rəqəmsal taxoqraflar, Vahid Aviasiya Məkanı üzrə Saziş layihəsi və bu kimi Aİ ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə