Azərbaycanlı mütəxəssisin yazdığı kitab dünyada maraqla qarşılanır

12-10-2016 / 12:49

Azərbaycanlı Oracle üzrə mütəxəssis Kamran Ağayev  İT dünyasının ən ağır imtahanlarından  biri sayılan -Oracle Certified Master 11g imtahanına hazırlıq kitabı  yazıb.

Xeberler.az-ın məlumatına görə, kitab Amerikada nəşr olunub və artıq Amazon-da 64, 66 dollardan satışa çıxarılıb.

İngilis dilində işıq üzü görən kitab  828 səhifəlik yüzlərlər praktiki məşğələlərdən ibarətdir.

Müəllif qeyd edib ki, iki ildir  kitab üzərində işləyir.

Həmyerlimizin yazdığı kitab Azərbaycanda və digər xarici ölkələrdə böyük marağa səbəb olub.

Kamran Ağayev dünya miqyaslı ekspert ,Oracle Certified Master, Azercell-in Verilənlər Bazası şöbəsinin direktorudur.

 

 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.