Azərbaycanlı xanıma qlobal yarışdan mentorluq təklifi gəlib

18-12-2017 / 15:38

GIST Tech 2018 yarışmasına ərizə qəbulu davam edir.

Məlum olduğu kimi, hər il təşkil edilən müsabiqədə dünyanın müxtəlif yerlərdən olan startap layihələr iştirak edir.

Bu yaxınlarda medianın gündəmini zəbt edən Reyhan Camalova da bu müsabiqədə iştirak edib.

Xeberler.az bildirir ki, GIST Tech 2018 yarışmasında qeydiyyatın bitməsinə 10 gün qalıb.

Belə ki, qlobal tədbirdə iştitak edib, investorlar qarşısında startap  və ya ideyasını təqdim etmək istəyən hər kəs yarışa müraciət edə bilər.

Bu il GIST Tech 2018 GEC 2018 (GEC Global Entrepneurship Congress) İstanbulda baş tutacaq.

Onu da bildirək ki, startap sektorundan yaxından tanıdığımız Leyla Tağızadəyə GIST Tech 2018 -də mentor olmaq təklif edilib.

Belə ki, həmyerlimiz GIST Tech ilə bununla bağlı müqavilə imzalayıb.

Leyla Tağızadə Xeberler.az-a bildirib ki, Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindən yarışın təşkilatçıları onunla əlaqə saxlayıb və mentorluq təklif edib.

Onun sözlərinə görə, müsabiqənin finalına seçilən startaplara Türkiyədə aprelin 16-18 arası təlimlər keçəcəklər.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə