Azercell 1 milyon nömrəni yeni üsulla satacaq

18-04-2019 / 17:11

Azercell rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yeniliyə imza atıb.

Xeberler.az  bildirir ki, yeni layihə sayəsində nömrələrin sadə fiziki sim-paketlərə bağlılığı tamamilə aradan qaldırılıb. Aprel ayının 16-dan etibarən Azercell-in ÖM və MX ofisləri, həmçinin diler və distributor şəbəkəsi nömrələrin satışını mərkəzləşdirilmiş www.azercellim.com  onlayn bazasının köməyilə həyata keçirə bilir.

Qeyd edək ki, Azercell nömrəsi əldə etmək istəyən hər bir kəs istəyinə uyğun olan müəyyən bir nömrəni www.azercellim.com  saytındakı axtarış bölməsindən tapa bilər. Burada axtarış meyarlarına uyğun gələn nömrə kombinasiyaları təklif edilir. Nömrələrin satışını onlayn baza vasitəsilə həyata keçirməyə imkan verən yeni layihə nəticəsində 1
milyondan çox mərkəzləşdirilmiş nömrə bazası bütün diler və distributorlar üçün əlçatan olub. Önəmli olan məqamlardan biri də saytdakı nömrə bazasının mütəmadi olaraq yenilənməsidir. Yeni layihə nömrə paketlənməsində xərclərin azaldılmasına, nömrə satışlarının artmasına, eyni zamanda şəffaf və rəqəmsal biznes infrastrukturunun qurulmasına təkan verir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.