Azercell abunəçiləri üçün yeni Sadə tarif paketini təqdim edir

17-04-2019 / 15:38

Azercell, yeni Sadə tarif paketini abunəçilərinin istifadəsinə vermişdir. Aprel ayının 16-dan etibarən, Azercell-in Sim-Sim abunəçiləri yeni Sadə tarif paketi çərçivəsində həftəlik “S2” və aylıq “S6” paketlərdən yararlana biləcəklər. 

Xeberler.az  bildirir ki, beləliklə, Azercell abunəçiləri həftədə 2 AZN ödəməklə 150 şəbəkədaxili dəqiqə və 150 şəbəkədaxili SMS, ayda 6 AZN ödəməklə isə 500 şəbəkədaxili dəqiqə və 500 şəbəkədaxili SMS həcmində paketlərdən faydalanma imkanı əldə edirlər. Həftəlik paket sifariş etmək üçün S2 açar sözünü, aylıq paket üçün isə S6 açar sözünü 7575 qısa nömrəsinə göndərmək kifayətdir.

Artıq daha az ödəniş etməklə, Azercell-dən daha çox pulsuz SMS və dəqiqələr əldə etmək mümkündür. Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/tariffs/prepaid/sade/  səhifəsinə daxil ola bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə