Azercell “Asan İmza” xidmətinə pulsuz qoşulma kampaniyasını elan edir

01-05-2015 / 12:50

Hər zaman abunəçilərini sərfəli kampaniyalarla sevindirən Azercell Telekom Azərbaycanın mobil elektron imza xidməti olan “Asan İmza”ya ilin 10-31 may tarixləri ərzində qoşulmanın ödənişsiz olacağını elan edir.

Xəbərlər-in məlumatına görə, hazırda “Asan İmza” xidmətinin aktivləşdirilməsi üçün təyin edilmiş məbləğ 18 AZN təşkil edir və qeyd edilən tarixlərdə Azercell abunəçiləri mobil operatora müraciət edərək bu məbləği ödəmədən “Asan İmza” xidmətini aktivləşdirə biləcəklər.

Sözügedən kampaniyanın keçirilməsi may ayında ölkə üçün əlamətdar olan mühüm tarixləri – Azərbaycan xalqının Ümummilli Lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü və Respublika Gününü qeyd edəcək həmvətənlərimizin bayram ovqatına əlavə sevinc qatmaq məqsədini daşıyır.

Hazırda dövlət strukturlarının təqdim etdiyi elektron xidmətlərin cəmləşdiyi Elektron Hökumət portalında 400-dən artıq, ümumilikdə isə ölkə üzrə sayı 500-ü keçmiş elektron xidmətlərdən yararlanmaq üçün “Asan İmza”dan istifadə oluna bilər. “Asan İmza”nın köməyilə vətəndaşlar kütləvi istifadə üçün nəzərdə tutulmuş bir sıra elektron xidmətlərdən asanlıqla və operativ şəkildə faydalana bilərlər – belə ki, əvvəlki dövrlərdən fərqli olaraq heç bir quruma fiziki olaraq müraciət etmədən vətəndaşlar şəxsiyyət vəsiqəsi, yaşayış yeri, iş yeri və diplom haqqında arayışları elektron şəkildə formalaşdıra və lazımi instansiyaya təqdim edə, məktəblilər təhsil aldıqları təhsil müəssisəsi barədə elektron arayışı əldə edə, eləcə də adına stasionar telefon nömrəsi rəsmiləşdirilmiş şəxslər rabitə xidmətlərinə görə borcun olmamasına dair arayışı formalaşdıra bilərlər.

“Asan İmza” avtomobil sahibi olan şəxslər üçün də tam yeni və rahat xidmətlər vəd edir. Belə ki, “ASAN Xidmət” tərəfindən istifadəyə verilmiş “Asan Ödəniş” portalında sürücülər “Asan İmza”dan istifadə edərək əlavə qeydiyyatdan keçmədən öz elektron kabinetlərinə daxil olaraq real zaman rejimində yol-hərəkət qaydalarının pozuntusuna görə cərimələrinin olub-olmamasını yoxlaya, cərimənin foto və video materialları ilə tanış ola və cəriməni onlayn ödəyə bilərlər. Bundan əlavə, “Asan Ödəniş” portalında (www.asanpay.az) avtomobillərinin dövlət nömrə nişanlarını “Asan İmza” vasitəsilə qeydiyyatdan keçirən bütün sürücülər cərimələri barədə “Asan Ödəniş” sistemi tərəfindən ödənişsiz SMS ismarıclar alacaqlar.

Gələcəkdə də Azercell-in abunəçiləri üçün “Asan İmza” ilə mümkün olan bu cür rahat və ictimai həyat üçün mühüm əhəmiyyət kəsb edən vacib elektron xidmətlərin siyahısı davamlı olaraq genişlənəcək və mobil imza xidməti gündəlik həyatın daha çox sahəsinə nüfuz edərək vətəndaşların rahatlığına daha yaxından xidmət edəcəkdir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.